Rəqqasə Fatimə inzibati qaydada həbs edilə bilərbackend

Rəqqasə Fatimə inzibati qaydada həbs edilə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rəqqasə Fatimə Fətəliyeva ilə şairə Nazilə Səfərli arasında qalmaqal davam edir.
Qaynarinfo xəbər verir ki, Nazilə Səfərli rəqqasə barədə yenidən şikayət edib. Bu dəfəki şikayət Fatimə Fətəliyevanın məhkəmə qərarını icra etməməsi ilə bağlı olub.
Şikayətdən sonra rəqqasə barəsində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci (Məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi) maddəsi ilə iş başlanıb.  İş baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.
528.1-ci maddədə fiziki şəxslərin 500 manatdan 1000 manatadək məbləğdə cərimə edilməsi və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs, vəzifəli şəxslərin 1200 manatdan 2500 manatadək, hüquqi şəxslərin isə 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Nazilə Səfərli Fatimə Fətəliyevanı “şərəf və ləyaqəti ləkələyən məlumatların təkzib edilməsi, mənəvi zərərin ödənilməsi” tələbi ilə məhkəməyə verib. İşə Nərimanov Rayon Məhkəməsində baxılab. Nazilə Səfərlinin iddiası təmin edilib. Lakin Fatimə Fətəliyeva məhkəmə qərarını icra etməkdən boyun qaçırıb.
Nazilə Səfərlinin vəkili Qaynarinfo-ya açıqlamasında bildirmişdi bununla bağlı şikayət edəcəklər.