67 saylı Sabirabad Seçki Dairsindən Müsavat Partiyasının namizədi Farman Salmanov rəqibi Əhliman Əmiraslanovla bağlı ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.
Tribunainfo.az xəbər verir ki, F.Salmanov müraciətində bildirib ki, bu adam, yəni Əhliman Əmiraslanov bu ərazidən 3 dəfə deputat seçilib, indi də 4-cü dəfə deputat olmaq istəyir. Ancaq seçicilər buna qarşıdır:
“O adamı bu ərazidə deputat kimi heç kəs tanımır. Əhliman müəllim həkimdir, akademikdir, professordur, ancaq deputat deyil. Əsl deputat bir dəfə də olsa seçiicilərinin problemini Milli Məclisdə qaldırmalıdır.
Mən kasıb bir namizədəm, Əhliman müəllim isə varlı namizəd. Belə çıxır ki, deputat ancaq varlılar olmalıdır? Bu ərazilərdə o insana səs verən yoxdur. Ümid edirik ki, qutudan da o adamın adı çıxmayacaq”.
Deputatlığa namizəd F.Salmanovun müraciətinin videosunu təqdim edirik:
Nigar