Rəqəmsal məktəb platforması artıq istifadəyə verilib. Gələcəkdə dərslərin də bu platforma üzərindən yönləndirilməsi baş tuta bilərmi? Ənənəvi üsula alışan şagirdlər var, internetin zərərlərini bildiyimiz halda mənimsəmə prosesi necə baş tutacaq?
Tribunainfo.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndiyev platformanın faydalarından danışıb.
Onun sözlərinə görə, Rəqəmsal məktəb platforması əslində müsbət bir məqamdır. Çünki burada valideynlər övladlarını daha rahat izləyə biləcəklər. Bu baxımdan onların təhsil göstəricilərini, övladları ilə bağlı durumu, həmçinin valideynlər öz fikirlərini məktəb rəhbərliyinə yaxud da müəllimə daha asan çatdırmaq imkanı qazanmış olacaqlar.
Ekspert bildirib ki, məktəb direktorlarının dərs cədvəlini öncədən hazırlaması və platforma vasitəsilə valideynlərin diqqətinə çatdırması, yaxud da müəllimlərin bunu öncədən görməsi, o cümlədən müəllimlərin keçirilən summativ qiymətləndirmənin nəticələrini orada qeyd etmələri, ümumi şagirdlərin bilik və bacarıqlarını yoxladıqdan sonra hansı ki, əvvəllər kağız jurnala qeyd edirdilər, bundan sonra elektron jurnalda həmin qiymətləndirmələr də orada öz əksini tapacaq.
“Burada valideyn də bir növ asan çıxış əldə edir. Məlumatları daha rahat görə bilir. Düşünürəm ki, özlüyündə müsbət məqamdır. Hələ ki, pilot layihə olaraq, test mərhələsindədir. Yəqin ki, növbəti tədris ilindən bütün təhsil müəssisələrini əhatə edəcək. Qaldı ki, əlbbəttə şagirdlərin müəyyən qədər dərslərə onlayn qoşulması və s. bu hələ ki, rəqəmsal platformada nəzərdə tutulmur. Amma əlbəttə, onlayn, distant dərslərdə də şagirdlərin həmin dərsi tam mənimsəmədiyini müşahidə edə bilirik. Yəni müəyyən qədər şagirdlər var ki, onlar əyani və ənənəvi dərslərə üstünlük verirlər. Təbii ki, hər zaman müvafiq mövzuları daha yaxşı başa düşürlər. Gələcəkdə bu platforma vasitəsilə dərslərin onlayn qaydada keçirilməsi nəzərdə tutularsa, o zaman əlbəttə şagirdləri tədricən bu prosesə alışdırmaq önə çıxır. Başlıca məqsəd valideynlər övladlarını istədiyi zaman izləyə, təhsil göstəricilərini görə bilsinlər. O cümlədən kağız daşıyıcıları üzərində aparılan qiymətləndirmələr tədricən sıradan çıxsın. Özlüyündə müsbət məqamdır”.
Dəniz