Repititorluq leqallaşsın-Təklif

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda repititorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra geniş şəkildə başlayıb”.  

“Azərbaycanda repititorluq fəaliyyəti 1992-ci ildə test üsulunun tətbiqindən sonra geniş şəkildə başlayıb”. 

Bu sözləri təhsil eksperti Kamran Əsədov fərdi repetitorluqla məşğul olan şəxslərin  vergi ödəməlidirmi sualını cavablandırarkən TİA.AZ-a bildirib:

“Artıq cəmiyyətdə ali məktəblərə hazırlığın repititor vasitəsi ilə aparılması ənənəsi möhkəmlənib. İş o yerə çatıb ki, valideynlər indi təkcə yuxarı sininf şagirdlərini deyil, ibtidai siniflərdə oxuyan uşaqları da dərsdən sonra müəllim yanına hazırlığa göndərirlər. Səbəb də əlbəttə ki, orta məktəblərdə təhsilin keyfiyyəti aşağı olmasıdır. Hazırda repititorluqla məşğul olan müəllimlər bir şagirdi 50-150 manata hazırlaşdırırlar. Repititorluqla məşğul olan müəllimləri bir necə kateqoriyaya bölsək, əsas üstünlüyü orta məktəbdə işləyən və ümumiyyətlə, təhsil sistemində işləməyənlər təşkil edir. Orta məktəb müəllimi kimi aldığı maaş ailəsinin dolanışığına çatmadığından, dərsdən evə gələndən sonra mənzilində repititorluq fəaliyyətilə məşğul olan, yəni uşaq hazırlaşdıran kifayət qədər müəllim var. Onlar 100-200 manat məvacib alırlar. Əlbəttə ki, bu məbləğ yaşamaq üçün kifayət deyil. Orta məktəb müəllimlərinin xərcləri təkcə özləri deyil, onlar həm də məktəbə, direktora pul verir ki, onlara şərait yaratsın. Əmək haqqı kifayət qədər olmadığına görə müəllimlər repititorluq etməyə məcburdur”.

K. Əsədov təklif edir ki, repetitorluqla mübarizə yox, onun leqallaşması, rəsmiləşdirilməsi və bu işin təşkili vacibdir: “Repetitor dedikdə çoxları onların ölkəmizdə keçən əsrin 90-cı illərindən yarandığını iddia edir. Əslində təhsil sistemi formalaşandan dünyanın inkişaf etmiş ölkələrinin hamısında, o cümlədən Azərbaycanda repetitorluq olub. Lakin keçən əsrin 90-cı illərinin əvvəllərinə qədər müəllimlər əlavə oxumaq və öyrənmək istəyən şagirdlərə təmənnasız dərs keçiblər və cəmiyyət belə bir əlavə hazırlığın maddiyyətə bağlı gərginliyini yaşamayıb. Bu səbəbdən də heç kəs müəllimi əlavə dərs üçün qınaq obyektinə çevirməyib. Həm güclü müəllimlərin çox olması, həm də əlavə dərslərin təmənnasız aparılması neqativ təsəvvürlərin formalaşmasına imkan verməyib. Onu da deyək ki, bu gün də yüzlərlə yüksək səviyyəli müəllimlərimiz, xüsusən də kənd rayonlarında təmənnasız olaraq, şagirdlərin əlavə hazırlığı ilə məşğul olurlar. Təəssüf ki, müəllimlik ixtisasları üzrə universitetlərə qəbul zamanı ən aşağı bal ilə məhz ibtidai sinif müəllimi olmaq istəyənlər qəbul olunurlar”.

Ekspert deyir ki, repititorluq dünyanın bir çox dövlətlərində var. Hətta Yaponiya kimi inkişaf etmiş ölkədə də belə fəaliyyət var.: “Orada məktəb təhsili 12 ildir və onun yarısı ibtidai məktəbə aiddir. Bu onunla əlaqədardır ki, yapon dilinin öyrənilməsi çətin və çox əmək tələb edəndir. Hər gün adi məktəbdə oxuduqdan sonra uşaqlar başqa, məcburi olmayan, lakin orta məktəbin digər pilləsinə keçid və universitetə daxil olmaq üçün çox vacib olan digər məktəbə gedirlər. Bu məktəb “dzyuku” adlanır, tərcümədə “məharət məktəbi”, daha doğrusu, “repetitor məktəbi”dir. Həmin məktəbdə xüsusi dəvət edilmiş müəllimlər əsas məktəbdə şagirdlərə deyilənləri bir daha izah edir və bu biliklərə yenilərini də əlavə edirlər ki, şagirdlər imtahanı yüksək səviyyədə verə bilsinlər. Bilirsiz, yaxşı repetitor olmaq üçün öz fənnini əla bilmək hələ kifayət deyil. Müəllim-repetitor müəyyən qədər psixoloq da olmalıdır: hər bir dərsi o, fərdi aparır və şagird ilə fərdi məşğul olmaq göründüyündən daha mürəkkəbdir. O, valideynlərin əksəriyyətinin övladlarının universitetlərə daxil olmasını əsas məqsəd hesab etmələrini də düzgün saymır. Eyni zamanda məktəblərdə savadlı müəllimləri dəyərləndirən və saxlayan sistemin yaradılmasının vacibliyini önə çəkir. Lakin hesab edirəm ki, bu fəaliyyət ilə məşğul olan hər kəs sadələşdirilmiş qaydada vergi ödəyicilərinə çevrilməlidir”.

İlahə