Repetitorluq mərhələli şəkildə ləğv ediləcək – Emin Əmrullayev

Repetitorluq mərhələli şəkildə ləğv ediləcək – Emin Əmrullayev

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Repetitorluğun birdən-birə ləğvi mümkün deyil.

Tribunainfo.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, müəllimlərin məktəb daxilində dərsdən sonra repetitorluqla məşğul olması doğru deyil.

“Dəbə görə də repetitor yanına gedənlər var. Öz sinfində dərs dediyi uşağa dərsdən sonra da repititorluq etmək ayıbdır. Repetitorluğun ləğvi birdən-birə aparıla bilməz, mərhələli şəkildə ləğv ediləcək”.