“Reo-Med Tibb Mərkəzi” icazəsiz tibbi xidmətlər göstərir

“Reo-Med Tibb Mərkəzi” icazəsiz tibbi xidmətlər göstərir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adı dəfələrlə xəstə ölümlərində hallanan “Reo-Med Tibb Mərkəzi”nin onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti həyata keçirdiyi məlum olub.

Tribunainfo.az xəbər verir ki, “Reo-Med Tibb Mərkəzi” İnzibati Xətalar Məcəlləsiniin gigiyena, sanitariya və epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.1-ci maddəsini pozub. Tələb pozulmuş maddəyə əsasən, tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.

Klinika ilə bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 27 noyabr tarixində hakim hakim Vüsal Tağıyevin sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, iyul ayının 2-də 29 yaşlı Aybəniz Almuradova liposaksiya əməliyyatı üçün getdiyi “Reo-Med Tibb Mərkəzi”ndə dünyasını dəyişib. Gənc qadının yaxınları, ailə üzvləri A.Almuradovanın ölümündə sözügedən klinikanın direktoru Əli Hüseynovu, həkim Mətanət Eyvazova və anestezioloq Babək Mahmudovu günahlandırırlar. İddiaya görə, klinika lisenziyasız fəaliyyət göstərir. Dünyasını dəyişən A.Almuradovanı əməliyyat edən həkim M.Eyvazovanın da ali təhsili olmadığı, onun lazeroloq kimi çalışıb, 6 aydır ki, bu işi kursa gedərək öyrəndiyi və klinikada kurs sertifikatı ilə liposaksiya əməliyyatları icra etdiyi məlum olmuşdu.
Klinikanın direktoru Əli Hüseynovdur.

Tərəflərin mövqeyini işıqlandırmağa hazırıq.

Nigar