“Reo-Med Tibb Mərkəzi” ilə bağlı cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində sözügedən klinikanın işinə baxılıb. “Reo-Med” İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsinin tələbini pozub. Yoxlama zamanı məlum olub ki, klinika lisenziya olmadan özəl tibbi fəaliyyətlə və ya əczaçılıqla məşğul olub. Bu pozuntuya görə, fiziki şəxslər iki min manatdan üç min manatadək məbləğdə, vəzifəli şəxslər beş min manatdan on min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan otuz min manatadək məbləğdə cərimə edilir.
İşə hakim Aynürə Sadıqova sədrlik edib.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Roman