Misirin “Əl-Əzhər İslam Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “İslami Araşdırmalar Assambleyası” Qurani-Kərimin fantastik (xəyali) və neon rənglərdə çap edilməsini qadağan edib. Misirin “Əl-Əzhər İslam Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “İslami Araşdırmalar Assambleyası” Qurani-Kərimin fantastik (xəyali) və neon rənglərdə çap edilməsini qadağan edib.
Son zamanlarda Suriya, Livan, Misir, BƏƏ və bəzi digər ərəb ölkələrində fantastik və xəyali rənglərdə Quran çapları yayılmışdı. Bu məsələ dünyanın bəzi müfti və alimlərinin ixtilaflı rəyləri ilə qarşılanmış və bu cür çapların məqsədəuyğun olmadığını demişdilər. Misirin “Əl-Əzhər İslam Mərkəzi” bu məsələyə etirazını bildirmiş və bu işi doğru hesab etməyərək, Misir bazarlarına bu Quranın satışına icazə verməmişdi. Bu günlərdə isə Misirin “Əl-Əzhər İslam Mərkəzi”nin nəzdində fəaliyyət göstərən “İslami Araşdırmalar Assambleyası” bu məsələdə daha ciddi addım ataraq, Qurani-Kərimin fantastik (xəyali) və neon rənglərində çap və nəşr edilməsini rəsmi şəkildə qadağan edib. Misirin əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən “İslami Araşdırmalar Assambleyası” həftənin birinci günü 2017-ci ilin yanvar ayının 22-də əl-Əzhərin şeyxi Əhməd Təyyibin rəhbərliyi ilə təşkil etdiyi iclasda Qurani-Kərimin çapı üçün rəngli kağızdan istifadə edilməsini qadağan edib. Əl-Əzhər İslam Mərkəzinin nəzdində fəaliyyət göstərən “Əl-Əzhər İslami Araşdırmalar Assambleyası”nın “təlif və tədqiqat komitəsi”nin rəhbəri Şeyx Əla Əbdüzzahir bu barədə açıqlama verərək, deyib ki, “İslami Araşdırmalar Assambleyası”nın qərarı və qanuna əsasən Qurani-Kərimin mətni təkcə qara rəngli xətlə yazıla bilər, mətnin yeri və fonu isə ağ və ya “südrəngli” olmalıdır. O, “Biz Qurani-Kərimin məqam və hörmətini qorumaq üçün bu qərara gəlmişik. Qurani-Kərimin ehtiramını qorumaq üçün bu müqəddəs kitabın səhifələrini müxtəlif boyalar ilə rəngləmək olmaz”, – deyə bildiriib. Şeyx Əla Əbdüzzahir “Mərkəzimiz bazardakı Quranların yığışdırılması ilə bağlı bir qərar verməyib. Bu barədə incəsənət əsərlərinin nəşri və çapına nəzarət edən qrum qərar verəcək. Amma çap və nəşriyyat üzrə fəaliyyət göstərən bütün qrumlar bu qanuna əməl etməsələr, müvafiq qaydada cəzalanacaqlar, həmçinin çap və nəşr hüquqlarını itirə bilərlər”, sözlərini dilə gətirib.