Renat Dadaşovun yeni klubunun adı məlum olur

Renat Dadaşovun yeni klubunun adı məlum olur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşov karyerasını Polşada davam etdirəcək.

Tribunainfo.az Polşa mətbuatına istinadən xəbər verir ki, təcrübəli hücumçu Rahil Məmmədovun formasını geyindiyi “Radomyak”la müqavilə imzalayacaq. Renat “Ekstraklasa”nın 22-ci turunun “Legiya” ilə keçirilmiş oyununda da stadionda olub (3:1) olub.

“Radomyak”ın baş məşqçisi Joao Enrikeş 25 yaşlı hücumçunun mümkün transferi ilə bağlı fikirlərini bildirib:

“İnanıram ki, azərbaycanlı komandaya kömək edəcək. O, Perotti və Tapsoba ilə müqayisədə fərqli tipli futbolçudur”.

Xatırladaq ki, Renatın son klubu Türkiyənin “Ankaragücü” klubu olub.