Rektor onu işdən çıxardı, GDU-da qadın intihara əl atdı

Rektor onu işdən çıxardı, GDU-da qadın intihara əl atdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə qadın özünə xəsarət yetirib.

Tribunainfo.az xəbər verir ki, APA-nın məlumatına görə, hadisə Gəncə Dövlət Universitetinin əsas binasında qeydə alınıb.

1988-ci il təvəllüdlü G.Məmmədova qolunun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib, ona tibbi yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə G.Məmmədova GDU-nun dəftərxanasının əməkdaşı olub. Onun özünə xəsarət yetirməsinə səbəb isə xəbəriz işdən çıxarılmasıdır.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.