Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” konfransında çıxış edib.
Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla da “Azərbaycan ədəbi dilinin qorunmasında və inkişafında KİV-in rolu” konfransında çıxış edib.
“Qafqazinfo” xəbər verir ki, rektor prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması ilə bağlı həyəcanının və diqqətinin başa düşülməli olduğunu qeyd edib:
“Cənab prezidentin çıxışları şəxsi örnəkdir. O, səlis, dəqiq, müdrik nitqi ilə Azərbaycan dilinə münasibətini göstərir. Biz bu gün yığışdıq, bəs sabah nə olacaq? Sabah yenə aparıcılar buna əməl edəcəkmi? Dil xalqa məxsudur. Onu məhv etmək olmaz. Əslində öz nitqini pozanların da bir intellekt xəstəliyi var. Azərbaycan dilini zəif bilən, danışa bilməyən adam yoxdur. Aparıcıların intelləktə malik olmaları, danışdıqları məsələni bilməsi lazımdır.
İntellekt olmasa, dilə başqa sözlər gətiriləcək. Dilə başqa sözlərin gəlməsindən qorxmaq lazım deyil.
Bəzən mən elə sözlər eşidirəm ki, ondan sarsılıram. İntellektual səviyyəsi olmayan adamı nə qədər gözəl olsa da, efirə gətirməməliyik.
Ona elə gəlir ki, “musiqilər” sözü ola bilər, mən də onu işlədim. Multikultural cəmiyyət üçün ən təhlükə məsələ dil məsələsidir. Mən əminəm ki, aparıcıların 90 faizinin ədəbiyyatdan xəbəri yoxdur. Axırıncı oxuduğu kitab ” Əlifba” kitabıdır”.
TİA.AZ