Reklam Agentliyi avtomobillərinin yuyulmasına 10 000 manat xərcləyəcək

Reklam Agentliyi avtomobillərinin yuyulmasına 10 000 manat xərcləyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Reklam Agentliyinin Bakı Şəhər Reklam İdarəsi fiziki şəxs Məmmədov Fərid Mübariz oğlu (VÖEN – 2604695622) ilə satınalma müqaviləsi imzalayıb. Yeniavaz.com xəbər verir ki, Dövlət Reklam Agentliyi müqaviləni tender müsabiqəsi keçirmədən, bir mənbədən satınalma metodu əsasında imzalayıb.

Məlumat üçün bildirək ki, Dövlət Reklam Agentliyi Fərid Məmmədova avtomobillərin yuyulması üçün 10 000 manat ödəyəcək.

Qeyd edək ki, satınalma müqaviləsi barədə dövlət satınalmaları portalında heç bir məlumat mövcud deyil.
Onu da bildirə ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla bütün dövlət satınalmaları yalnız portal vasitəsilə həyata keçirilir.

Eyni zamanda Qanunun 49-cu maddəsində qeyd olunur ki, bir mənbədən satınalma metodu aşağıdakı hallarda tətbiq olunur:

– Satınalma predmeti yalnız hər hansı konkret təchizatçıda olduqda;

 

– Satınalma predmetinin əvəzedicisi və alternativi olmadıqda;

– Satınalma predmetinə təcili tələbat yarandıqda;

 

– Təbii fəlakətlər, texnoloji qəzalar, epidemiyalar baş verdikdə və fövqəladə xarakter daşıyan digər hallarda bilavasitə insanların həyat və sağlamlığına vurulan ziyanın qarşısının təcili alınması məqsədilə;

 

– Satınalma predmeti kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini təmin edən tələbata aid olduqda.

 

Qanunun tələblərindən də göründüyü kimi, avtomobillərin yuyulması məxfi məlumat hesab oluna bilməz. Bu səbəbdən də, Dövlət Reklam Agentliyinin satınalma prosesini bu şəkildə keçirməsi və müqavilələrin hansı səbəbdən bir mənbədən satınalma metodu ilə imzalandığı da aydın deyil.