backend

Rejissora qarşı dələduzluq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda gənc rejissor Əli Abbasova qarşı dələduzluq edilib. 

Azərbaycanda gənc rejissor Əli Abbasova qarşı dələduzluq edilib.


TİA.AZ xəbər verir ki, bu barədə AzVision.az-a rejissor özü məlumat verib. Bildirib ki, özünü falçı kimi təqdim edən bir xanım işə düzəltmək adı ilə ondan 4500 manat pul alaraq mənimsəyib.

“İsmayıllı rayonundan olan Şirəliyevə Gülarə Nurəli qızı bizi aldadıb. Anam Qarayev adına xəsətəxanda tibb bacısı işləyən vaxt həmin qadın guya nəvəsini müalicə etdirmək üçün xəstəxanaya gəlib, orada anamla tanış olub. Anamı yaxşı baxıcı olduğuna inandırıb. O, qohumlarının yüksək vəzifədə çalışdığını deyib. Anam ona deyib ki, oğlum incəsənətlə məşğul olur, amma gəliri yoxdur. Həmin qadın Eldar Mahmudovun adamı olduğunu bildirib. Deyib ki, oğlunuzu genaralın sürücüsü kimi işə düzəldə bilərəm. Bunun müqabilində anamdan 2000 min manat pul istəyib. Pulu mən özüm ona təqdim etmişəm. Daha sonra bizdən əlavə 2000 manat da istədi. Dedi ki, səni Milli Məclisə vəzifəyə düzəldirəm. Bunun üçün məni Bakıda Həzrət adlı bir şəxslə tanış etdi. Pulu verdim. Bir müddət sonra bildik ki, bunlar fırıldaqçıdırlar. Həzrət adlı şəxsi 16-cı polis bölməsinə şikayət etdik və polis vasitəsi ilə 2000 min manatımızı geri aldıq. Gülarəyə verdiyimiz 2500 manatı hələ də geri al bilmirik”.

Rejissor dələduzluq faktı ilə bağlı Abşeron Rayon Polis İdarəsinə müraciət etdiyini deyib: “Həmin qadını polisə çağırdılar. Qadın yalan danışaraq dedi ki, guya pulu qızının müalicəsi üçün alıb. Yenidən prokurorluğa müraciət etdik. İyul ayından etibarən iş yenidən polis tərəfindən araşdırılır. Gülarə o vaxtdan yoxa çıxıb, tapa bilmirik”.