Rəisiyə Azərbaycanla yaxınlaşma əleyhidarları sui-qəsd edib? –Türk yazardan iddia

Rəisiyə Azərbaycanla yaxınlaşma əleyhidarları sui-qəsd edib? –Türk yazardan iddia

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran prezidenti və əshabının helkioter qəzasında ölməsindən sonra ortaya bir neçə versiya atılıb. Bu versiyalar əsasən Rəisinin olduğu helikopterin qəza nəticəsində düşməsi, yoxsa sui-qəsdə bağlı olduğunu əhatə edir. Tribunainfo.az xəbər verir ki, bu versiyalar arasında inanılması mümkün olmayanlar da, komplo nəzəriyyəçilərinin ortaya atdığı fikirlər də var.

Qeyd edək ki, həmin versiyalardan biri budur ki, guya, helikopterdə İsrail kəşfiyyat qurumu olan “Mossad”ın əməkdaşı olub. Hətta onun adının “Eli Kopter” olduğunu iddia edənlər də var. Maraqlıdır ki, “Frans24” kanalı bunu xəbər kimi belə paylaşıb.

Müzakirə olunan vacib detal isə odur ki, Rəisi və komandası hansı səbəbdən sui qəsdə məruz qala bilər. Bununla bağlı çeşidli fikirlər var. Onlardan biri daxili çəkişmədir. Digəri isə İranın dini lideri Əli Xamineyinin oğlu Müctəba Xamineyinin başa gətirilməsi iddiasıdır.

Amma “Hürriyyət” yazarı Abdulkadir Selvi bir versiya da gündəmə gətirib. O, qəzetdə dərc etdiyi köşə yazısında qeyd edir ki, Rəisi və xüsusən də XİN başçısı Abdullahianın Azərbaycanla yaxınlaşma cəhdləri edirdilər. “Rəisi rejim içində Azərbaycanla yaxınlaşma tərəfdarıydı. Zatən, Azərbaycan Prezidenti İlham Əliyevlə ortaq bir layihənin açılşından dönürdü. Helikopter Azərbaycanla yaxınlaşmaya qarşı olan güclər tərəfindənmi düşürüldü?”

Selvi bunun ardından daha bir fikir ortaya atır. “Azərbaycanın keçmiş prezidenti Əbülfəz Elçibəy də İran torpaqlarındakı Cənubi Azərbaycanla birləşməyi dəstəklədiyi üçün İran-Rus birgə planı əsasında devrildi”.

Qeyd edək ki, Abdulkadir Selvi Türkiyədə tanınan ciddi köşə yazarlarından biridir. Lakin Rəisiyə sui-qəsdin Azərbaycanla yaxınlaşmaya görə, edilə biləcəyi bir qədər inandırıcı görünmür. Çünki onun Bakı ilə yaxınlaşma istəyi o qədər şiddətli deyildi ki, İran molla rejimini narahat etsin. Amma Selvinin daxili çəkişmə, habelə Xamineyinin varisinin müəyyən edilməsi ilə bağlı yazdıqları daha realdır və zaman içində də təsdiqini tapacaq.