“Rəisinin ölümü ilə Yaxın Şərqdəki hadisələr arasında əlaqələr var”

“Rəisinin ölümü ilə Yaxın Şərqdəki hadisələr arasında əlaqələr var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran parlamentinin deputatı, İbrahim Rəisinin prezidentliyi dönəmində hökumətlə məclisin əlqaləndiricisi kimi çalışmış Seyid Məhəmməd Hüseyni Yaxın Şərqdə baş verənlərlə bağlı qəribə iddia ilə çıxış edib. Tribunainfo.az xəbər verir ki, o, İranın sabiq prezidentinin ölümü ilə Yaxın Şərqdəki proseslər arasında paralellər olduğunu deyib.

Heseyninin sözlərinə görə, son ayların bütün acı hadisələri, İsmail Həniyə, Yəhya Sənvar, Seyid Həsən Nəsrullah, Seyid Haşim və Hizbullah komandirlərinin öldürülməsi və sairə Rəisinin helikopterinin qəzaya düşməsi və ölməsindən sonra baş verib. “Bu, onu deməyə əsas verir ki, helikopter hadisəsinin Yaxın Şərqdə baş verənlərlə əlaqəsi var”.