Adı açıqlanmayan bir İsrail rəsmisi İran prezidenti İbrahim Rəisi və onu müşayiət edən nümayəndə heyətinin helikopter qəzası nəticəsində həlak olmasının ardınca verdiyi açıqlamada deyib: “Bizim qəza ilə heç bir əlaqəmiz yoxdur”.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, son zamanlar bir-birinə qarşılıqlı hücumlara başlayan iki ölkə arasında gərgin münasibətlər qəza ilə bağlı suallar yaradıb.
İsrailin keçmiş müdafiə naziri isə Aviqdor Liberman Rəisinin ölümünün İranın bölgədəki siyasətində hər hansı dəyişikliyə səbəb olacağını gözləmədiyini bildirib.