İranın sabiq prezidenti İbrahim Rəisinin ölümü ilə bağlı yenidən “sui qəsd” versiyası gündəmə gəlib. Tribunainfo.az xəbər verir ki, bu dəfə iddianı ortaya İran parlamentinin deputatı Kamran Qəzənfəri atıb.
O yazıb ki, Rəisi sui qəsd nəticəsində öldürülüb. “Prezident şəhid oldu, lakin bəzi cənablar bunu elan etməyə ehtiyac görmürlər… və şəhidliyi bulud kütləsinə bağlayırlar. Nə sıx bir kəşfiyyat buludu imiş”.
SEPAH-a bağlı media isə dərhal bu iddialara cavab verib. “Khabarfori” saytı bununla bağlı yazıb ki, əgər deputatın əlində tutarlı dəlillər varsa, onu təqdim eləsin. “Belə boş və mənasız sözlər danışmaq deputata yaraşmaz. Əgər Qəzənfərinin əlində sübutları varsa, buyurub onları təqdim eləsin”.