Rəisini türklər tapdı, İran niyə adına çıxardı? – Şərhbackend

Rəisini türklər tapdı, İran niyə adına çıxardı? – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səlcuq Bayraqdar Rəisinin qəzaya düşən helikopterinin qalıqlarının “Akıncı” vasitəsilə necə tapdıqlarından danışıb. Hətta bu prosesdə Azərbaycanın da dəstək verdiyini, işin koordinasiya olunmuş şəkildə aparıldığını bildirib. İran tərəfi isə qəza yerinin “Akıncı” tərəfindən tapıldığını təkzib edir. İran Qızıl Aypara Cəmiyyətinin rəhbəri Pir Hüseyn Kollivand helikopterin tapılmasında xaricdən dəstək verildiyi xəbərlərini şaiyə adlandırıb, axtarış prosesinin tamamilə yerli qruplar tərəfindən həyata keçirildiyini deyib. Halbuki, “Akıncı” xəbərini də ilk İran mediası yaymışdı.

Tribunainfo.az xəbər verir ki, siyasi şərhçi Asif Nərimanlı hesab edir ki, Rəisinin istifadə etdiyi helikopter, qəzanın yerini tapmaqla bağlı əlacsız qalmaları əslində İranın nümayiş etdirdiyi gücün reallıqla adekvat olmadığını ortaya çıxardı:

““Akıncı”nı təkzib etmələri də bu gücsüzlüyün ört-basdır edilməsindən qaynaqlanır. Bu həm də İran rejiminin mahiyyətinin dəyişmədiyinin təsdiqidir”.

Politoloq Elxan Şahinoğlu da bu fikirdədir. O da hesab edir ki, İran özü Türkiyədən xahiş etdi ki, pilotsuz uçuş aparatı İran ərazisində helkiopterin axtarışına qatılsın, Ankara kömək əlini uzatdı, həlak olanların yeri müəyyənləşdi, havadan çəkilən görüntürlər dünyada yayımlandı. Ancaq İran təşəkkür əvəzinə deyir, “Türkiyənin rolu olmadı, biz tapdıq”:

“Bu o Türkiyədir ki, İran rəsmilərinin həlakıyla bağlı bir günlük matəm elan edib. İranda qərar verən mərkəzlər Türkiyəyə minnətdar olmaq əvəzinə dezinformasiya yayırlarsa, bununla “ənənəvi” siyasətlərinin dəyişmədiklərinə işarə edirlər. Odur ki, İrandakı həmin mərkəzlərin Azərbaycanla münasibətləri normallaşdıracaqlarına ümid azdır”.

Nigar