Rəisin işdən qovulmasının ŞOK TƏFƏRRÜATI

Rəisin işdən qovulmasının ŞOK TƏFƏRRÜATI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlu Toğrul Səmədovun da vəzifəsindən uzaqlaşdırılması barədə məlumat vermişdik. Beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilən  Saleh Səmədovun oğlu  işdən niyə çıxarılıb?

Tribunainfo.az xəbər verir ki, Oxu24.com məsələ ilə bağlı  özəl məlumatlar əldə edib. Məlumata görə, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi  Toğrul Səmədovla  bağlı  qərarı  şəxsən  ədliyyə naziri  Fərid Əhmədov özü  verib.

Bildirilir ki, ədliyyə naziri  Fərid  Əhmədov  cəzaçəkmə  müəssisələrinə baş çəkən  zaman qarşılaşdığı  mənzərədən sonra  bu  addımı  atıb. Belə ki, Toğrul Səmədov  iş  yerində  özü  üçün  xüsusi  dəbdəbəli  malikanə  yaradıbmış. Tikintidə xüsusilə bahalı materiallardan istifadə olunduğu  deyilir. Dördpendirli pizza

“Toğrul  Səmədovun  otağındakı mebellər xaricdən,baha qiymətə alınmışdı”,deyə mənbə  bildirib.

 

Məlumata  görə, ədliyyə naziri  Fərid  Əhmədov  bu mənzərəni gördükdən sonra  Toğrul  Səmədovun  fəaliyyətini   yoxlamağa tapşırıq verib. Yoxlamalar  nəticəsində rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib. Toğrul Səmədov Ədliyyə sistemindən də xaric  olunub.

 

“Onu sərəncama götürməyiblər, ümumiyyətlə Əsliyyə sistemindən xaric ediblər”,-deyə mənbə bildirib.

 

Qeyd edək ki, Saleh Səmədovun digər oğlu Kamran Səmədov  bir müddət əvvəl  İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi.