Aviasiya Təhlükəsizliyi Şəbəkəsi İran prezidentinin qəzaya uğrayan helikopterinin Amerika istehsalı Bell 412 olduğunu təsdiqləyib. İranın birinci şəxsinin 50 il bundan öncə, İran şahı Rza Pəhləvi dövründə alınan helikopterdən istifadəsi ağlasığmazdır. Bu helikopterin ən qədim versiyası elə 1979-da hazırlanıb, güman ki, İran da elə o zamanlar bunu alıb.
Tribunainfo.az yazır ki, ABŞ sanksiyaları səbəbindən güman etmək olar ki, İran bu helikopterləri, öz daxili resursları hesabına təmir edib istifadəyə yararlı vəziyyətə gətirirmiş. İran prezidentinin əvvəllər daxili səfərlər üçün Rusiya istehsalı olan Mi-171 helokopterindən istifadə etməsi haqqında da xeyli məlumatlar açıqlanıb. Məhz bu səbəbdəbn əvvəlcə qəzanın bu helikopter olması məlumatları yayılmışdı.
Xatırladaq ki, Azərbaycanın Hərbi Hava Quvvələri də ən müasir Bell 412 helikopterlərinə malikdir, hərbi paradlarda nümayiş olunub. O zaman Azərbaycan bu helikopterləri alanda düşmənlərimiz xeyli hay-küy salmışdılar.
Bəlkə də İran prezidenti Azərbaycanın da bu helikopterə sahib olmasını nəzərə alaraq Mi-171-ə deyil, köhnə model Bell 412-ə üstünlük verib.
Roman