İstanbulun “Reina” gecə klubunda baş verən terrorla bağlı yeni məlumatlar əldə edilib.
İstanbulun “Reina” gecə klubunda baş verən terrorla bağlı yeni məlumatlar əldə edilib.
“Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror hücumu zamanı həyat yoldaşıyla birgə dənizə atlayaraq xilas olan Səudiyyə Ərəbistanından olan məşhur iş adamı Adnan Kaşıkçının qardaşı oğlu Hasan Kaşıkçının sözlərinə görə, terrorçular masa-masa gəzərək atəş açıblar.
O bildirib ki, həyat yoldaşı Məryəmlə birgə terrordan 40 dəqiqə əvvəl kluba gedib. Qəflətən silah səsləri eşidilib: “Arvadım “uşaqlarımı istəyirəm, evə getmək istəyirəm” deyə bağırdı. Mən isə ona “indi cənnəti düşünməlisən” deyə bağıraraq cavab verdim”.
Al Arabiya kanalına reportajında səudiyyəli turist onu da vurğulayıb ki, atəş açan 3 nəfər olub və onlardan biri qadın idi.
Kaşıkçı qeyd edib ki, onlar ərəb dilində danışmırdılar, lakin əcnəbi olublar.