İstanbulda “Reina”da törədilən terror hadisəsi zamanı həlak olanlar arasında iordaniyalı milyarder iş adamı Muhammed el-Sarraf da olub.
İstanbulda “Reina”da törədilən terror hadisəsi zamanı həlak olanlar arasında iordaniyalı milyarder iş adamı Muhammed el-Sarraf da olub.
TİA.AZ “Milliyet”-ə istinadən xəbər verir ki, İraq əsilli iordaniyalı iş adamı Muhammed el-Sarrafın İraq və İordaniyada 13 şirkəti var.
Telekommunikasiya, mühafizə və digər sahələrə maliyyə ayıran El-Sarrafın yaxın dostu Navras Affas da terrorun qurbanı olub.
O, İordaniyada məşhur klublardan birinin sahibidir və həmin gün dostu ilə Yeni ili qeyd etmək üçün İstanbulda olub.