Yeni il gecəsi İstanbuldakı “Reina” klubunda baş verən, 39 nəfərin ölümü ilə nəticələnən teraktla bağlı diqqət çəkən məqamlar ortaya çıxıb.
Yeni il gecəsi İstanbuldakı “Reina” klubunda baş verən, 39 nəfərin ölümü ilə nəticələnən teraktla bağlı diqqət çəkən məqamlar ortaya çıxıb.
“Milliyet” bildirir ki, təhlükəsizlik məsələləri üzrə mütəxəssislər terrorçuların iki nəfər olmasından şübhələnirlər. Çünki Zeytinburnunda evdən çıxarkən kameralara düşən terrorçu ilə “Reina”da terakt törədən terrorçunun şalvarları başqa rəngdədir.
Belə ki, Zeytinburnundan çıxarkən kameralara düşən terrorçunun şalvarı açıq rəngdə və “kombat” tiplidir. Klubdakı terrorçunun şalvarı isə tünd rənglidir.
(milli.az)