Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADIbackend

Rəhman Rəhmanov oğlunun ölüm səbəbini AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Əməkdar artist Rəhman Rəhmanovun oğlu Emil Rəhmanoğlu bu gün səhər saatlarında vəfat edib.

Rəhman Rəhmanov Lent.az-a oğlunun ölüm səbəbini açıqlayıb.

 

“Xəstə yatmırdı, anidən olub. Trombu var idi, böyrəkləri işləmədi…

Bu dəqiqə dəfnə hazırlaşıram, meyiti hələ ortadadır, danışa bilmirəm”, – o bildirib.

Qeyd edək ki, gözəl səsi olan Emil Rəhmanoğlu uzun müddət narkotik asılılığından əziyyət çəkib.  O, 2005-cı ildə “Azəri-star” mahnı müsabiqəsinin iştirakçısı olub. 2008-ci ilin yanvarında saxlanılıb və barəsində Cinayət Məcəlləsinin soyğunçuluq (180. 2.2-ci ) maddəsi ilə cinayət işi başlanılıb. 6 il həbs cəzası alıb. Həmçinin Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 3 min manat məbləğində cərimələnib.

2 dəfə ailəli olub. 43 yaşı var idi.