RƏHBƏRİ ÇOVDAROVA BAĞLI MƏŞHUR “SİPARK” ŞİRKƏTİNİN MƏHKƏMƏSİ BAŞLADI

RƏHBƏRİ ÇOVDAROVA BAĞLI MƏŞHUR “SİPARK” ŞİRKƏTİNİN MƏHKƏMƏSİ BAŞLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apelyasiya Məhkəməsində daha bir tanınmış və qalmaqallı şirkətin məhkəməsi başlanıb. Tribunainfo.az bildirir ki, iyunun 12-də hakim Xumar Mərdanovanın sədrliyi ilə “Sipark” tikinti firmasının işinə baxılıb. Bu işdə iddiaçı Rmail Abdullayevdir. O, mülkiyyət hüququnun pozulması, maddi ziyanın ödənilməsi tələbi irəli sürüb.
Xatıradaq ki, şirkətin rəhbəri Seymur İsayevdir. İsayev o şəxdir ki, şəriki Rafael Qarayevi özündən uzaqlaşdırmaq üçün onu o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinə apardıb. General Akif Çovdarovla əlaqələrə malik olmuş Seymur İsayev şərikindən ayrılmağa bəhanə gəzirmiş.
MTN generalına etdiyi xahişlə R.Qarayevi esktremist vəhhabi ittihamı ilə nazirliyə çağırıb sorğu-sual edib, dindirib, təzyiq göstəriblər. Bu barədə mətbuatda yazılıb.
“Sipark” şirkəti tez-tez gündəmə gəlir. Çünki Təbriz küçəsindəki pilot layihəni uzun müddətdir tikib təhvil vermir. Dəfələrlə sakinlər etiraz aksiyası keçiriblər. “Sipark” rəhbərinin adı bir sıra qaranlıq işlərdə hallanıb, ittihamlar səslənib. Bu haqda geniş məlumatlar mövcuddur.