REGİONU QARIŞDIRMAQ İSTƏYƏN GÜCLƏR SÜLHƏ MANE OLUR – ŞƏRH

REGİONU QARIŞDIRMAQ İSTƏYƏN GÜCLƏR SÜLHƏ MANE OLUR – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Regionu qarışdırmaq istəyən beynəlxalq güclər sərhəddə genişmiqyaslı döyüşlərin başlamasını gözləyirlər. Azərbaycan isə regionda gərginliyin artması, yeni silahlı toqquşmanın baş verməsində maraqlı deyil. Bunun olmaması üçün isə sülh prosesinin sürətlənməsinə və yekun sazişin imzalanmasına ehtiyac var. Bakı da bunun üçün çalışır.

Bu sözləri Tribunainfo.az-a siyasi şərhçi Turan Rzayev bildirib. O əlavə edib ki, tərəflər iki ölkə arasında şərti dövlət sərhədində görüşə razı görünsə də, əslində, maraqları və görüş sonrası növbəti raundla bağlı yanaşmaları fərqlidir:

“Azərbaycan sülh müqaviləsinin mümkün qədər tez tamamlanmasını istəyir. Daha dəqiq desək, ən geci 2024-cü ilin sonuna qədər sülh müqaviləsinin imzalanması Bakı üçün prioritetdir. Azərbaycan buna görə Ermənistanla ikitərəfli əsasda birbaşa danışıqlara hazır olduğunu deyir.
Ermənistan tərəfi isə həm 10 noyabr bəyanatından imtina edib yeni sazişin imzalanmasını, həm də bu istiqamətdə aparılan danışıqların Qərb formatında aparılmasını istəyir”.

T.Rzayev bildirib ki, Tiflis iki ölkə üçün də ən uyğun məkandır:

“Məsələlərin Vaşinqton ya da Brüssel formatında müzakirəsi Bakının maraqlarına uyğun deyil. Bu mənada iki ölkə arasında şərti dövlət sərhədində görüş baş tutarsa, danışıqların növbəti raundunun Gürcüstanda keçirilməsi qarşılığında Ermənistanın təklif etdiyi üç məsələ müzakirə edilə bilər. Yəni İrəvan ilk addımı atmalıdır ki, Bakı da buna cavab versin”.