Rəfiqələrini evə gətirmək istəyən qadın sevgilisi tərəfindən döyüldü

Rəfiqələrini evə gətirmək istəyən qadın sevgilisi tərəfindən döyüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Ələkbər Ələkbərovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, cinayət işi üzrə məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.

İttihama görə, hadisə bu Abşeron rayonu Xırdalan şəhəri, Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar kollec binasının yaxınlığında, zibil qutularının yanında qeydə alınıb.

Belə ki, Ələkbər Ələkbərov qeyri-rəsmi birlikdə yaşadığı zərərçəkmiş Sənəm Səfərova (adı, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə qadının rəfiqələrinin onun razılığı olmadan evə gətirmək istəməsi olub. Bu zaman Ələkbər əlinə zibil qutusundan götürdüyü küt alətlə zərərçəkmiş şəxsin sifətinə qəsdən bir dəfə vuraraq, ona yüngül zərər yetirib.

Məhkəmənin hazırlıq iclasında zərərçəkmiş Sənəm Səfərova sevgilisi ilə barışdığını, ondan şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirib.