backend

Referenduma görə qızlarına “Evet” adını qoydular + Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Diyarbəkir şəhərinin Erqani rayonunun İncehıdır kəndində yaşayan Çelik ailəsi yeni dünyaya gələn qızlarına “Evet” (“Bəli”) adını qoyublar.

Qafqazinfo”nun “İHA”ya istinadən verdiyi məlumata görə, ata Mustafa Çelik açıqlamasında bildirib ki, qızına bu adı həyat yoldaşı ilə birlikdə aprelin 16-da keçiriləcək referenduma görə qoyub.

“Referendumun lehinə olduğumuz üçün qızımıza “Evet” adını qoyduq. Qohumlarımızın buna reaksiyası müsbət oldu. Onsuz da hamımız seçkini dəstəkləyirik. Gələcəkdə övladımın bu ada görə təəssüflənəcəyini düşünmürəm. Bu, bizə gözəl bir xatirə olaraq qalacaq”, – deyə M. Çelik deyib.

Ana Songül Çelik isə bu fikrin özünə məxsus olduğunu bəyan edib: “Ərimə “Evet” adını qoyaq deyəndə buna müsbət baxdı. Rəcəb Tayyib Ərdoğan üçün bu adı qoyduq. Əvvəllər su, yol yox idi, indi həyətimizdə bulaq var. Ona görə də bəli deyirik”.

TIA.AZ