“Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi”MMC ilə bağlı növbəti cərimə protokolu tərtib edilib.
Tribunainfo.az xəbər verir ki, mərkəzin İnzibati Xətalar Məcəlləsinin 389-cu maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə əsasən, Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə mərkəz üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
“Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi” ilə bağlı işə 6 noyabr tarixində Nərimanov rayon məhkəməsində baxılacaq. İş hakim Hafiz Kamranovun icraatındadır.
Qeyd edək ki, Referans Klinik Lobaratoriya və Poliklinika Mərkəzi 2016-cı ildən etibarən laborator, 2018-ci ildən isə poliklinik xidmətlər üzrə fəaliyyət göstərir. Mərkəz “Referans Medical Group”a daxildir. “Referans Medical Group”un Baş Direktor Hansıyar Babayevdir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar