“Referans”da səhv diaqnoz QALMAQALI – “1 yaşlı körpəmizə…” – Foto

“Referans”da səhv diaqnoz QALMAQALI – “1 yaşlı körpəmizə…” – Foto

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şikayətçi Toğrul Musayev körpə övladını apardıqları “Referans” Klinikasında başlarına gətirilən oyunu ictimailəşdirib. Şikayətçi bildirib ki, sözügedən klinikada 1 yaşlı körpələrinə qorxulu və təhlükəli xəstəlik diaqnozu qoyulub.

Tribunainfo.az xəbər verir ki, Toğrul Musayev başqa klinikalarda verdiyi analiz, həkim qəbulundan sonra övladında heç bir qorxulu xəstəliyin olmadığını bilib. Şikayətçi bildirib ki, “Referans” Klinikasında qoyulan diaqnozların heç biri doğru deyil:

“Mənim şikayətim “Referans” klinikasındandır.

Keçən yay övladımı nevroloqun məsləhəti ilə analiz üçün “Referans” laboratoriyasına apardıq. 1200 manat ödədik, cavabda isə uşağa milyonda bir rast gəlinən “mikrodublikasiya sindromu” diaqnozu qoydular. Həkim ailəmizə uşağın gələcəkdə ciddi xəstəliklərlə üzləşəcəyini, bununla barışmalı olduğumuzu dedi və əlavə analizlər istədi.

Bu cavab ailəmizi böyük stress və qorxuya saldı. Lakin uşağın vəziyyəti qısa müddətdə düzəldi – gəzməyə, danışmağa başladı. Başqa mərkəzlərdə aparılan müayinələrdə və Türkiyədə yoxlanan ikinci analizdə uşağın tam sağlam olduğu təsdiqləndi.

Beləliklə, “Referans”ın verdiyi nəticə saxta və əsassız çıxdı. Mənim ailəm böyük psixoloji zərbə aldı, maddi itkiyə məruz qaldı. Təəssüf ki, nə Səhiyyə Nazirliyi, nə TƏBİB, nə də prokurorluq bu işə düzgün reaksiya vermədi.

Bunu yazmaqda məqsədim və mənim tövsiyəm odur ki, “Referans”da analiz verməzdən əvvəl hər kəs çox diqqətli olsun”.

Klinikanın mövqeyini işıqlandırmağa hazırıq.

Gülşən Rəsul