REDAKTORLARI NƏ GÖZLƏYİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil edilən “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilib.  Bu gün Avropa İttifaqının maliyyə dəstəyi ilə Jurnalist Həmkarları İttifaqı və Beynəlxalq Jurnalistlər Federasiyası tərəfindən həyata keçirilən “Cənubi Qafqazda jurnalist həmkarlar təşkilatlarının bacarıqlarının inkişaf etdirilməsi” layihəsi çərçivəsində təşkil edilən “Azərbaycanda jurnalist həmkarları ittifaqlarının durumu və gələcək inkişaf meylləri” mövzusunda konfrans keçirilib. 

Konfransda Kütləvi informasiya vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli rəhbərlik etdiyi qurumun 2009-cu ildən fəaliyyət göstərdiyini xatırladıb. Onun sözlərinə görə, həmin dövrdə redaksiyalardan mühasibatlıq sənədləri tələb edilirdi: “Lakin redaksiyaların 90 faizində mühasibatlıq sənədləri, əmək müqavilələri yox idi, əmək haqları paket halında verilirdi. Bu gün də redaksiyaların 10 faizində əmək müqavilələri ilə bağlı vəziyyət olduğu kimi qalır. Əmək müqavilələri yoxdur. Redaksiyalar bir sıra hallarda jurnalistlərin əmək haqlarını aşağı göstərirlər. Onlar 22 faiz sosial ödənişlərə görə bu addımı atırlar. Əmək müqaviləsi bildirişi sistemi artıq tətbiq olunur. Əmək müqavilələri ilə bağlı məlumat avtomatik olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sistemində yerləşdirilməlidir. Jurnalistlərin özləri də diqqətli olmalıdır”.

Son illər əmək hüquqlarının qorunması ilə bağlı atılan əsas addım əmək müqavilələrinin elektron qaydada qeydiyyatının aparılmasıdır. İş yerlərində əmək müqavilələrinin bağlanıb-bağlanmamasının yoxlanılması praktiki olaraq çətin, bəzi hallarda mümkünsüzdür. Ancaq əmək müqavilələrinin elektron qaydada sistemə daxil edilməsi ilə nəzarətin həyata keçirilməsi daha asan olacaq”.

Bunu isə İqtisadi-Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, işçi ilə əmək müqaviləsi bağlanmırsa, qeyri-leqal iş fəaliyyətindən söhbət gedirsə, işçinin əmək hüquqlarının qorunması mümkün olmur: “Çünki əmək hüquqları əmək müqaviləsinin bağlanması ilə yaranır. Onu da nəzərə almaq lazımdır ki, işçilərlə xidməti müqavilə bağlanması əmək hüquqları yaratmır. Təəssüf ki, son dövrlər xidməti müqavilələr təklif edən iş yerlərinin sayı artır. Xidməti müqavilə ilə şəxs xidmət yerinə yetirir, bu xidməti müqavilələri ləğv etmək də çox asandır”.

Bəs, əmək müqaviləsi olmadan jurnalisti işə qəbul edən redaktorları nə gözləyir? 

“Əmək qanunvericiliyinin işəgötürən tərəfindən pozulması inzibati məsuliyyətə səbəb olur”
 

Bu sözləri TİA.AZ-a əmək müqaviləsi verməyən təşkilatların cəza və cəriməsi barədə sualı cavablandırarkən hüquqşünas Mehman Muradlı deyib:

“İnzibati məsuliyyətə səbəb olan pozuntular İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir”.

 M.Muradlı bildirir ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmayan pozuntular aşkar olunduqda yoxlama orqanı ilk növbədə həmin pozuntuların işəgötürən tərəfindən müəyyən müddət ərzində aradan qaldırılması üçün icrası məcburi olan göstəriş verməlidir:

“Ən çox diqqət yetirilməli olan pozuntular və buna görə nəzərdə tutulan sanksiyalar aşağıdakılardır:

Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə, fiziki şəxslər min manatdan üç min manatadək miqdarda, vəzifəli şəxslər üç min manatdan beş min manatadək miqdarda, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək miqdarda cərimə edilir. Mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq müəssisələrin, idarələrin və ya təşkilatların işəgötürənləri tərəfindən işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi qaydalarının pozulmasına görə, yeddi yüz manatdan min iki yüz manatadək miqdarda cərimə edilir. İşçiyə qanunvericiliklə müəyyən edilmiş minimum əmək haqqından aşağı məbləğdə əmək haqqı verilməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda cərimə edilir”.

Bundan başqa hüquqşünas işçinin əmək və məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə, vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək miqdarda cərimə edildiyini deyir:

“İşçinin məzuniyyət hüquqlarının pozulmasına, işçiyə əmək məzuniyyətinin verilməməsinə, habelə istifadə edilməmiş əmək məzuniyyətinə görə, müəyyən edilmiş kompensasiyanın ödənilməməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. İşçinin əmək müqaviləsinə əmək qanunvericiliyinin tələbləri pozularaq xitam verilməsinə görə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək miqdarda cərimə edilir. İşəgötürən tərəfindən əmək qanunvericiliyində müəyyən edilmiş müddətdə işçiyə əmək kitabçasının açılmamasına görə, vəzifəli şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir”.

Həmçinin işəgötürən tərəfindən 15 yaşına çatmamış şəxslərin işə cəlb edilməsinə görə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək miqdarda, hüquqi şəxslər üç min manatdan beş min manatadək miqdarda cərimə edilir:

“İşəgötürən tərəfindən uşaqların onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsinə görə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək miqdarda, hüquqi şəxslər on min manatdan on üç min manatadək miqdarda cərimə edilir”.

İlahə