Rəcəb Tayyib Ərdoğan: “UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik”

Rəcəb Tayyib Ərdoğan: “UEFA-dan ədalətli dəyərləndirmə gözləyirik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə 2024-cü il Avropa çempionatına təşkilatçılıq uğrunda mübarizədə qələbə şanslarını dəyərləndirib.

“Report” “Habertürk”ə istinadən xəbər verir ki, ölkə başçısı AVRO-2024 üçün şərtləri yerinə yetirdiklərini vurğulayıb. O, UEFA-dan ədalətli dəyərləndirmə gözlədiklərini əlavə edib.

Qeyd edək ki, AVRO 2024-ə ev sahibliyi etmək üçün iki ölkə – Türkiyə və Almaniya namizədliyini verib. Yekun qərar UEFA İcraiyyə Komitəsinin sentyabrın 27-də İsveçrənin Nyon şəhərində keçiriləcək iclasından sonra elan ediləcək.