“Real”ın sabiq futbolçusu həbs olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Portuqaliya yığmasının, həmçinin “Porto”, “Çelsi”, “Real” və “Monako” klublarının sabiq futbolçusu Riçardo Karvalyo 7 aylıq həbs cəzasına məruz qalıb.
 Portuqaliya yığmasının, həmçinin “Porto”, “Çelsi”, “Real” və “Monako” klublarının sabiq futbolçusu Riçardo Karvalyo 7 aylıq həbs cəzasına məruz qalıb. TİA.AZ xarici mətbuata istinadən xəbər verir ki, hazırda Çinin “Şanxay” klubunda çıxış edən müdafiəçi Madrid Regional Məhkəməsi tərəfindən cəzalandırılıb. Buna Karvalyonun “Real”da çıxış edərkən, konkret olaraq, 2011-2012-ci illərdə vergidən yayınması səbəb olub. Portuqaliyalı futbolçu özü də çıxarılan qərarla razılaşıb və şikayət etmək fikrində olmadığını bildirib. Prokuror məhkəmədən futbolçuya 1 il həbs cəzası və 300 min avro məbləğində cərimənin tətbiq olunmasını istəyib. Lakin məhkəmə prokurorun tələbini düzgün saymayıb və Rikardonu 7 aylıq həbs və 142 min 822 avro məbləğində cərimə ilə cəzalandırıb. Bildirilir ki, hakim 39 yaşlı müdafiəçinin etirafını və məhkəmənin araşdırması zamanı bütün xərcləri (təxminən 546 min avro) öz boynuna götürməsini yüksək qiymətləndirib. İspaniya qanunvericiliyinə görə, məhkum 24 aydan aşağı müddətə həbs olunduqda ona şərti cəza tətbiq edilir.