backend

“Real”ın cəzası yüngülləşdirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən İspaniyanın “Real Madrid” klubuna qoyulan transfer qadağasının müddətini azaldıb. 

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) FİFA tərəfindən İspaniyanın “Real Madrid” klubuna qoyulan transfer qadağasının müddətini azaldıb.

“Report”un “Eurosport”a istinadən verdiyi məlumata görə, Madrid təmsilçisinin cəza müddəti 1 transfer pəncərəsi olub.

Ali futbol qurumu 18 yaşadək futbolçuların transferində qanunsuzluq aşkarladığı üçün “Real Madrid”ə 2 transfer pəncərəsində futbolçu keçidi etmək qadağası qoyub. CAS-ın qərarına əsasən, cəza müddəti 2017-ci ilin qış transfer pəncərəsinə şamil olunacaq.

CAS Madird “Atletiko”sunun eyni əmələ görə cəzalanmasına isə münasibət bildirməyib.

Qeyd edək ki, 2014-cü ildə isə İspaniyanın “Barselona” klubu analoji hadisəyə görə, 2 transfer dövründə heç bir futbolçu keçidi reallaşdırmayıb.