“Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

“Real“dan Ronaldoya yeni təklif -ilinə 30 milyon avro

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Madrid “Real”ı futbolçusu Kriştiano Ronaldo ilə yeni müqavilə imzalamağa hazırlaşır

Qol.az-ın “As” nəşrinə istinadən yaydığı xəbərə görə, klub rəhbərliyi portuqaliyalı hücumçu ilə müqavilənin şərtlərini yaxşılaşdırmaq niyyətindədir. Ronaldonun bu təklifdən xəbəri var və bunu müsbət qarşılayıb.
Yeni müqavilənin müddəti əvvəlki kimi – 2021-ci ilə qədər olacağı bildirilir. 33 yaşlı futbolçu ilinə 30 milyon avro qazanacaq. Sözləşmənin DÇ-2018-ə qədər imzalanacağı gözlənilir.