UEFA Çempionlar Liqasında bütün yarımfinalçılar müəyyənləşib.
Tribunainfo.az xəbər verir ki, son yarımfinalçılar Münhenin “Bayern” və Madridin “Real” klubları olub. “Kral klubu” evdə 3:3 bərabərə qaldığı “Mançester Siti” ilə səfərdə də 1:1 oynayıb. 120 dəqiqənin ardından qalib müəyyənləşmədiyi üşün oyunsonrası penaltilərə müraciət edilib. Burada daha dəqiq olan “Real” futbolçuları yarımfinalda “Bayern”ə rəqib olublar.
“Bayern” isə səfərdə 2:2 oynadığı Londonun “Arsenal” klubunu evdə 1:0 hesabı ilə məğlub edərək bu mərhələyə vəsiqə qazanıb.
Beləliklə yarımfinalda “Borussiya” (Dortmund) – PSJ və “Bayern” (Münhen) – “Real” (Madrid) qarşılaşmaları baş tutacaq.
İlk oyunlar aprelin 30-da, cavab qarşılaşma isə mayın 7-də oynanılacaq.