“Real” və “Barsa” futbolçuları arasında dava – Referendum

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb.

 

İspaniya milli komandasının futbolçuları Serxio Ramos və Jerar Pike arasında məşq zamanı dava düşüb.

Report-un xəbərinə görə, buna Kataloniyanın İspaniyadan ayrılıb müstəqilliyini elan etməsi ilə bağlı referendum səbəb olub. “Real Madrid”in kapitanı olan Ramos “Barselona”nın formasını geyinən Pikeni yığmanın düşərgəsində əhval-ruhiyyəni pozmaqda ittiham edib.

Daha əvvəl ispaniyalı azarkeşlər yığmanın Madriddə baş tutan məşq prosesi zamanı Jerar Pikeni fitə basıblar və onun düşərgəni tərk etməsini istəyiblər. Fanatlar hesab edir ki, 30 yaşlı kataloniyalı futbolçu KİV-də və sosial şəbəkələrdə səsləndirdiyi fikirlərlə yığmaya ziyan vurur.

Xatırladaq ki, referendum oktyabrın 1-də keçirilib. Kataloniya muxtariyyətinin rəhbəri Karles Puçdemon prosesdə iştirak edənlərdən 90 faizinin müstəqillik lehinə səs verdiyini açıqlayıb.