“Bir az öncə gedib öz seçki bülletenimə sahib çıxdım, səs verdim, ilk dəfə idi ki, səs vermək üçün 15-20 dəqiqə növbə də gözlədim, seçici aktivliyi məni yaxşı mənada təəccübləndirdi və sevindirdi. Bəli, sevindirdi, çünki seçicilərin aktiv olması gələcək səsvermələr üçün çox vacibdir”. Tribunainfo.az bildirir ki, REAL Partiyasından Natiq Cəfərli qeyd edib. “Yoldaş Məmmədov demiş, bu gün baş verən seçki keçmişimiz, tariximizin gəlmiş-keçmiş ən böyük probleminin həlli haqqındadır. Bu gün seçici aktivliyi də Qarabağ kontekstindədir. Gələcəyimizlə, məmləkətin sabahı ilə bağlı seçki isə yaxın aylarda baş tutacaq Parlament seçkiləri olacaq – o zaman bilinəcək ki, məmləkət qaranlıq dünəndəmi qalacaq, yoxsa işıqlı, sivil, rifah gətirən sabahamı addım atacaq. Bu günün seçici aktivliyini Parlament seçkilərinə daşımaq üçün hər şey etməliyik ki, sabahımız aydınlansın”.
Nigar