İspaniyanın Marbelya bölgəsində hazırlığını davam etdirən “Qarabağ”ın düşərgəsinə surpriz qonaq gəlib.
Söhbət “Real”ın ulduz futbolçusu Ferlan Mendidən gedir.
Hazırda Marbelyada olan Fransa millisinin üzvü Ağdam təmsilçisində çıxış edən həmyerlisi Hamidu Keyta ilə görüşmək üçün bu addımı atıb.
Mendi və Keyta uşaqlıqdan bir-birlərin tanıyırlar.
Yaxın dost olan Seneqal əslli ikili 2014-2015-ci illərdə Fransanın “Havr” klubunda komanda yoldaşı olublar.
Hətta ölkənin gənclər millisində birgə çıxış ediblər.
Əlavə edək ki, daha 4 gün Marbeliyada hazırlığı davam etdirəcək Ağdam təmsilçisi iyulun 9-da Çempionlar Liqasının I təsnifat mərhələsinin “Linkoln” ilə ilk oyunu üçün Cəbəllütariqə yollanacaq.
“Köhlən atlar” iyulun 11-də “Linkoln”la səfərdə, 19-da isə Bakıda qarşılaşacaq.
sportinfo.az