“Real” qarşıdan gələn qış transfer pəncərəsində “Mançester Yunayted”də çıxış edən yarımmüdafiəçi Kazemironu geri qaytarmaq imkanını nəzərdən keçirir.
Bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Madrid təmsilçisi Kazemironu klubun gənc yarımmüdafiəçilərinin inkişafına kömək edə biləcək oyunçu kimi görür. Bundan əlavə, 34 yaşlı futbolçu həm də oyunçuların son zədələri səbəbindən yarımmüdafiə və müdafiə sistemində yaranan problemlərin həllinə kömək edə bilər.
Qeyd edək ki, Kazemiro cari mövsümdə bütün yarışlarda 16 matçda iştirak edib, 3 qol vurub. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.