“Real”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyulur

“Real”ın rəhbərinin ölkədən çıxışına “stop” qoyulur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real” Birgə Müəssisəsinin rəhbərinin Azərbaycandan çıxışına məhdudiyyət qoyulur.

Pravda.az-ın xəbərinə görə, bununla bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsi edib.

Mahiyyəti xususi icraat – vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatdır (xüsusi icraat). İş Kənan Hüseynovun icraatındadır.

Qeyd: Nizamnamə kapitalı 276 000 AZN olan müəssisənin qanuni təmsilçisi Sammy Barmasdır. Şirkətin dövlətə olan borcu 3 541 manatdır.