“Real”ın prezidenti Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib

“Real”ın prezidenti Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İspaniyanın “Real” klubunun prezidenti Florentino Peres Avropa Superliqası layihəsini bərpa etmək qərarına gəlib.
Futbol funksioneri İngiltərə klublarının turnirə qatılıb-qatılmamasından asılı olmayaraq, layihəni həyata keçirəcək.
Peres bunun üçün UEFA ilə Superliqa arasındakı məhkəmənin nəticəsini gözləyir. Avropa İttifaqının Ədalət Məhkəməsi dekabrın 21-də məsələ ilə bağlı son qərarını açıqlayacaq.
Qeyd edək ki, daha əvvəl İspaniyanın “Real”, “Barselona” və İtaliyanın “Yuventus” klublarının Avropa Superliqasını yaratmaq cəhdləri uğursuz alınıb.