“Real”ın 18 yaşlı futbolçusu özündən böyük modellə evləndi-FOTObackend

“Real”ın 18 yaşlı futbolçusu özündən böyük modellə evləndi-FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gənc braziliyalı 2024-cü ilin yayında “Palmeyras”dan “Real”a keçib.

Endrik ötən ilin oktyabrında görüşməyə başladığı 21 yaşlı Qabriela Miranda ilə evlənib.

Qabrieli model kimi çalışır və sosial şəbəkələrdə aktivdir.

Endrik və Miranda sosial mediada yazaraq evləndiklərini elan ediblər: “Matfeya 19:6: “Beləliklə, onlar artıq iki deyil, bir bədəndir. Allahın birləşdirdiyini heç kəs ayıra bilməz”. Nəhayət evləndik”.

Endrik Avropa futbolunda ilk mövsümünü yaşayır. Onun “Kral klubu”nun heyətində 4 oyunu və 1 qolu var. La Liqanın 2-ci turunda “Valyadolid”lə oyunda “Real”ın qapısına qol vuran Endrik klub tarixində qol vuran ən gənc əcnəbi futbolçu olub. Əvvəlki rekord 18 yaş 152 gündə qol vuran Rafael Varana məxsusdur.