“Real Hospital” lisenziyadan kənar fəaliyyətlə məşğul olub?

“Real Hospital” lisenziyadan kənar fəaliyyətlə məşğul olub?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Real Hospital” inzibati məsuliyyətə cəlb edilib.
Qaynarinfo-nun məlumatına görə, hospital barəsində İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə protokol tərtib edilib.
Bu maddə tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi ilə bağlıdır.
Maddədə inzibati cəza növü kimi fiziki şəxslərin 300 manatdan 500 manatadək, vəzifəli şəxslərin 800 manatdan 1000 manatadək, hüquqi şəxslərin isə 6000 manatdan 8000 min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.
İş baxılması üçün Yasamal Rayon Məhkəməsinə göndərilib.