“Real Hospital”dan şikayət var: Oğlum özünə gələ bilmirbackend

“Real Hospital”dan şikayət var: Oğlum özünə gələ bilmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Real Hospital” da bizə göstərilən münasibətdən və gördüyümüz rəftardan sonra ora müalicəyə apardığım 7 yaşlı oğlum özünə gələ bilmir.

Tribunainfo.az xəbər verir ki, bu barədə şikayətçi ana Aygün Orucova yazıb. O bildirib ki, klinikanın tibb bacısı onlara qarşı uşağının yanında qeyri-etik münasibət sərgiləyib:

“17 sentyabr tarixində klinikada oğlumu EEG etdirmək üçün növbə götürmüşdüm. Biz klinikada olanda bildirdilər ki, həkim yoxdur, ancaq Zemfira adlı tibb bacısı bizi qəbul edəcək. Otağa girdik. Tibb bacısı bizi görüb kiməsə zəng edərək “bunu niyə yanıma göndərmisiz? Men 30 dəqiqə EEG necə çəkəcəm oyaq uşağa?” deyə, bildirdi. Bizi otaqdan çıxardılar. Bu rəftardan sonra uşağım qorxdu və ağlamağa başladı. Mən narazılığımı bildirəndən sonra bizi pəncərəsiz otağa saldılar ki, burada EEG çəkəcəklər. O otaqda da oğlum panikaya düşdü. Zemfira adlı tibb bacısının rəftarından sonra uşaq daha da ağladı. Rəhbərliyi tələb etdim, ancaq onun klinikada olmadığını bildirdilər. Əgər klinikada həkim yox idisə, məni niyə qəbul edirdilər, növbə yazırdılar? Xəstə qəbul etmək istəməyən tibb bacısı niyə xidmət göstərir ki? Başqa klinikada gedib çox rahat formada müayinə olduq. Amma oğlum o münasibətdən çox təsirləndi”.

Qarşı tərəfi dinləməyə hazırıq.