Madrid “Real”ının heç bir üzvü “Qızıl top” mərasiminə qatılmayacaq.
Bu barədə Tribunainfo.az ESPN-ə istinadən xəbər verir.
Məlumata görə, Vinisius Junior və onun komanda yoldaşları Parisə getməyəcək. Mənbə ESPN-ə bildirib ki, onlar “Mançester Siti” yarımmüdafiəçisi Rodrinin mükafatı alacağına inanırlar.
Qeyd edək ki, Vinisius Junior “Qızıl top” uğrunda əsas namizəd idi.