“Real” 16 il sonra ard-arda 4 səfər oyununda məğlub olub.
TİA.AZ goal.az-a istinadən xəbər verir ki, ötən gün “Barselona”ya 5:1 hesabı ilə məğlub olan “Madridistalar” ard-arda 4-cü səfər məğlubiyyətini alıblar. Son 16 ildə ilk dəfə bu cür hal yaşayan “kral klubu” baş məşqçi Yulen Lopeteqini istefaya göndərəcəyi deyilir.
Qeyd edək ki, “Barselona”dan öncə “Real” “Sevilya” (3:0), CSKA (1:0) və “Alaves”ə (1:0) məğlub olmuşdur.