Reabilitasiya mərkəzində autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLARbackend

Reabilitasiya mərkəzində autizmli uşağın döyülməsi ilə bağlı yeni DETALLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Zaqatalada valideyn 3 yaşlı autizm xəstəsi olan uşağının reabilitasiya mərkəzində şiddətə məruz qaldığını iddia edir.

Azyaşlının anası Vəfa Həsənovanın sözlərinə görə, uşağına reabilitasiya təlimi keçən əməkdaş qızına qarşı zorakılıq edib:

“Pəncərədən izləyib gördüm ki, qızımın ayağına şillə vurur. Mərkəzə müraciət etdim. Dedilər ki, tədbir görəcəyik. Axşam isə mərkəzin direktoru mənə zəng edib dedi ki, bu barədə heç yerdə danışma, yoluna qoyarıq. Görüntülərə baxanda gördük ki, Xədicənin təkcə dizinə yox, üzünə də şillə vurulub”.

Reabilitasiya mərkəzinin direktoru Sevinc Məmmədova isə Baku TV-yə açıqlamasında qeyd edib ki, aidiyyəti qurumların araşdırması nəticəsində hadisə ilə bağlı cinayət tərkibinin olmadığı qənaətinə gəlinib:

“Buna baxmayaraq, uşağın anası zəng edib məni hədələdi ki, pul verməsəniz, görüntüləri paylaşıb sizi biabır edəcəyik”.

Daha ətraflı süjetdə: