Rusiya Federasiyasının Belqorod vilayətinin yaşayış məntəqələrindən birində ukraynayönlü könüllülərin olduğu bunaya basqın etmək cəhdi Rusiya hərbçiləri üçün tam uğursuzluqla nəticələnib.
Qaynarinfo xəbər verir ki, kəşfiyyat aparan PUA-nın müvafiq videoları RDK (Ukraynayönlü rus döyüşçüləri. – red.) əsgərləri tərəfindən sosial şəbəkələrdə paylaşılıb.
Bu, Rusiya Silahlı Qüvvələrinin dörd əsgərdən ibarət qrupunun binaya necə yaxınlaşdığını, içəri girməyə hazırlaşdığını, lakin ora qumbara atmalı olan əsgərin o qədər yöndəmsiz olduğu ortaya çıxıb ki, o, qarşısında duran həmkarını məhv edərək, az qala özünü də partladacaqmış.
Qalan “şturmoviklər” sağ qala biliblər, lakin belə bir fiaskodan sonra onların qaçmaqdan başqa çarəsi qalmayıb.
Xatırladaq ki, martın 12-də RDK, LSR və Sibir batalyonundan olan rus könüllüləri Belqorod vilayətində yeni hərbi əməliyyat elan ediblər.
O vaxtdan bəri bölgədə döyüşlər gedir və buna görə də yerli hakimiyyət orqanları bir sıra sərhəd yaşayış məntəqələrinə girişi məhdudlaşdırmaq, həmçinin məktəbliləri erkən tətilə göndərməklə qismən evakuasiya etmək qərarına gəliblər.