backend

“Razılaşmanı yerinə yetir” – Kremldən İrəvana Qarabağ TƏLƏBİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində əvvəldən əldə olunmuş razılıqlara əməl olunmalıdır.  Rusiya xarici işlər naziri Sergey Lavrov Hamburqda bildirdi ki, Dağlıq Qarabağ münaqişəsində əvvəldən əldə olunmuş razılıqlara əməl olunmalıdır. 

Bu, Rusiyanın əvvəlki razılaşmaları qaytarmaq istəyindən xəbər verir.

TİA.AZ  xəbər verir ki, bu barədə Ermənistanın “lragir” saytı yazıb.

Sayt qeyd edir ki, Lavrovun bu sözləri ABŞ və Fransaya, o cümlədən Ermənistana ünvanlanıb: “İstisna deyil ki, Lavrov Ermənistana “nail olunmuş razılıqları” xatırladır. Bu, aprel müharibəsindən sonra Serj Sarkisyanın danışdığı razılaşmadır. Sarkisyan “Blomberg” və Dmitri Kiselyova müsahibəsində “Kazan formulu”ndan danışdı. O təsdiqlədi ki, söhbət Qarabağın statusu müəyyən olunmadan ərazilərin qaytarılmasından gedir və Ermənistan bununla razılaşıb. İndi razılaşmalardan geri çəkilir və Qarabağın statusunun tanınmasında təkid edir”.

Sayt yazır ki, aprel müharibəsindən sonra Bakı və Ankara ərazilərin qaytarılması ilə bağlı Moskvaya təzyiq edir.

“Rusiya apreldən sonra Ermənistanın təhlükəsizliyini əvvəlki kimi dəstəkləyə bilmir, həmçinin, İrəvanı əvvəlki razılaşmalara qaytarmağa məcbur edir”, – deyə sayt yazıb.